Nəqliyyat Nazirliyindən İnterpress.az-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən rayonların – Salyan, Biləsuvar, Neftçala rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 21-i saat 09:00-dan 18:00-dək Salyan 20 saylı Yol İstismar İdarəsi (Salyan şəhəri, 20 Yanvar küçəsi-1), Biləsuvar 22 saylı Yol İstismar İdarəsi (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1), Neftçala 39 saylı Yol İstismar İdarəsində (Neftçala şəhəri, 33-cü məhəllə) qəbula yazıla bilərlər.
İnterpress.az