Texasda ermənilərin törətdiyi terror aktlarına etiraz edilib – Fotolarbackend

Texasda ermənilərin törətdiyi terror aktlarına etiraz edilib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnterpress.az-a verilən məlumata görə, ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırım olduğunu xatırladan aksiya iştirakçıları, dünya ictimaiyyətini Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, “Gəncə üçün dua et!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şuarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.

Texasda ermənilərin törətdiyi terror aktlarına etiraz edilib -  Fotolar
Texasda ermənilərin törətdiyi terror aktlarına etiraz edilib -  Fotolar
Texasda ermənilərin törətdiyi terror aktlarına etiraz edilib -  Fotolar
Texasda ermənilərin törətdiyi terror aktlarına etiraz edilib -  Fotolar
İnterpress.az