Erməni diasporu Paşinyanın istefasını TƏLƏB EDİRbackend

Erməni diasporu Paşinyanın istefasını TƏLƏB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni diasporu baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

İnterpress.az xəbər verir ki, bununla bağlı onlar geniş müraciət hazırlayıblar.

Müraciətdə Paşinyanın kapitulyasiya aktına imza atmasını, Ermənistanın dövlət maraqlarına ağır zərbə vurmasını, cəmiyyətdə qütbləşməyə və müxalifətə qarşı zorakılıq tətbiq etməsini qətiyyətlə pisləyiblər.

Diaspor yeganə çıxış yolunun Paşinyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi olduğunu düşünür.

İstefa tələbini diasporun 20-dən çox təşkilatı  – o cümlədən, İran, ABŞ, Livan, Suriya, Avstriya, Yunanıstan icmaları tələb edib.

 

İnterpress.az