Sankt-Peterburq limanında əli kəsilmiş kişi meyiti TAPILDIbackend

Sankt-Peterburq limanında əli kəsilmiş kişi meyiti TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq limanından əli kəsilmiş kişinin cəsədi tapılıb. Yaxınlıqda balta tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqun Vasilyevski adasında yerləşən “Morskoy fasad” sərnişin limanı ərazisində orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

Hüquq-mühafizə orqanlarının diqqətini çəkən məqam kişinin sol və ya sağ bilək hissəsinin tamamilə baltalanaraq kəsilməsi olub.

Hadisə yerinə dərhal kriminalistlər və istintaq qrupu cəlb olunub.

Meyitin yaxınlığında cinayətin törədildiyi ehtimal edilən balta da aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır və ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az