Ermənistanda əsgər anaları etiraz askiyası keçirir.
Onlar Nazirlər Kabinetinin qarşısına toplaşıb.
Onların əsas tələbi sərhədlər bağlanmadan və ərazilər Azərbaycana təhvil verilmədən övladlarının geri qaytarılması ilə bağlıdır.
“Dekabrın 1-də Laçının təslim ediləcəyi barədə məlumat aldıq. Buna görə də elə bu gün uşaqlarımızı geri qaytarsınlar, təslim olduqdan sonra döyüşlərdə iştirak edən digər əsgərlərin taleyini yaşamayacaqlarına dair heç bir zəmanətimiz yoxdur”, – deyə aksiya iştirakçıları bildirib.
Valideynlərdən biri övladının əsir və ya itkin düşməsini istəmədiyini bildirərək hökuməti təcili addımlar atmağa çağırıb.
“Bunlardan heç biri övladlarımızın 30 noyabrdan sonra sağ-salamat qayıdacağına zəmanət verə bilməz”, – deyə başqa bir valideyn Paşinyan hökumətini ittiham edib.
İnterpress.az