Ali Rada Rusiyanı təcavüzkar kimi tanıdıbackend

Ali Rada Rusiyanı təcavüzkar kimi tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı qəbul edilən qanun layihəsində həmçinin Donetsk və Luqansk “respublika”ları da terror təşkilatları kimi tanınıb.

İnterpress.az xəbər verir ki, səsvermədə iştirak edən 298 deputatdan 271-i sənədin lehinə səs verib. Sənəddə Ukrayna beynəlxalq tərəfdaşlarını insanlıq əleyhinə cinayətlər törətmiş günahkarların cəzasız qalmamasına çağırıb.

Həmçinin qeyd olunur ki, Rusiya Federasiyasına təzyiqlər artırılmalıdır: “Müxtəlif vasitələrlərlə (sanksiyalar, embarqolar) Rusiyanı Minsk razılaşmalarının bəndlərini yerinə yetirməyə məcbur etmək lazımdır. Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndəsinin səlahiyyətləri aqressiv siyasət sona çatanadək məhdudlaşdırılmalıdır”.

Sənəddə dünyanın demokratik ictimaiyyətinə müraciət edilib: “Ukraynaya hərbi və humanitar yardımlar edilsin. Həmçinin dünya birliyindən Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı təcavüz faktı tanınsın”.

İnterpress.az