Vaqif Səmədoğlu vəfat etdibackend

Vaqif Səmədoğlu vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şair bu gecə dünyasını dəyişib.

Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) — şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), \”Nəsimi\” mükafatı laureatı (2014) olub.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), \”Oğuz eli\” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır.
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına \”Azərbaycanfilm\” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. \”Yeddi şeir\” adlı ilk mətbu əsəri 1963-cü ildə \”Azərbaycan\” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, \”Oğuz eli\” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).

Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

Allah rəhmət etsin!

İnterpress.az