Luiş Fiqu FİFA prezidentliyinə namizəd olacaqbackend

Luiş Fiqu FİFA prezidentliyinə namizəd olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Luiş Fiqu, FİFA prezidentliyinə namizədliyini irəli sürməyə qərar verib.

Bununla bağlı danışan Fiqu hazırkı prezident Yozef Blatteri tənqid edib. Ali futbol qurumuna münasibətin dəyişdiyini deyən keçmiş “7 nömrə” çıxış yolunu prezident dəyişikliyində görür: “Mən futbola görə narahat oluram. Son illər FİFA-nın imici çox aşağı düşüb. Sonuncu dünya çempionatı zamanı Braziliyada idim və azarkeşlərin reaksiyalarını gördüm. FİFA-ya olan münasibəti dəyişmək lazımdı. Bunun üçün isə ilk növbədə, rəhbərlik dəyişilməlidi. Fikrimcə, namizədliyimi irəli sürmək üçün ən uyğun vaxtdı”.

Qeyd edək ki, FİFA-nın prezidenti postuna ən real namizəd hazırkı prezident Yozef Blatter sayılır.

İnterpress.az