“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, sərnişinlər qatardan təxliyə olunublar, nasazlıq yaranan qatar isə baxış üçün depoya göndərilib.
“Onun yerinə ehtiyat qatar xəttə buraxılıb. Qatardan sərnişinlər təxliyyə ediləndə, bir neçə saniyəlik gecikmə yaranıb. Digər stansiyalarda gecikmə yaransa da, problem aradan qaldırılıb. Artıq heç bir problem yoxdur”,- deyə o vurğulayıb (apa).
İnterpress.az