Rövnəq Abdullayev “Qarabağ”la bağlı məsələdə niyə susur?backend

Rövnəq Abdullayev “Qarabağ”la bağlı məsələdə niyə susur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avroliqadakı uğurlu çıxışına görə “Qarabağ”ı qəbul eləyən cənab İlham Əliyev klubun vəziyyəti ilə maraqlanıb. Klubun vitse-prezidenti Tahir Gözəl yeni bazanın inşa etdirildiyini ölkə başçısının diqqətinə çatdırıb və eyni zamanda futbol akademiyası tikmək istəyində olduqlarını deyib. Ancaq bunun üçün həmin ərazidə əlavə torpaq sahəsinə ehtiyac duyduqlarını da əlavə edib. Dövlət başçısı “Qarabağ”ın bu niyyətini bəyənib və tapşırıq verib ki, həmin ərazidə yerləşən Neftçi İSM-ə məxsus olan torpaq sahəsi bütünlüklə “Qarabağ”a verilsin.
Həmin görüşdən xeyli müddət keçsə də, bu məsələdə heç bir irəliləyiş yoxdur. Əksinə, mətbuatda bu məsələ ilə bağlı müxtəlif məlumatlar yer alır.

Bir müddət əvvəl Neftçi İSM-in idmançıları adından həmin ərazinin “Qarabağ”a verilməməsi üçün İlham Əliyevə məktub hazırlandığı bildirilmişdi.

Artıq bu məsələdə daha bir xəbər yayılıb. “Futbol+” qəzetinə açıqlama verən “Neftçi” İdman Klubunun direktoru Rüfət Əliyev “Qarabağ”a verilməsi nəzərdə tutulan ərazinin 15-20 sotdan ibarət olduğunu deyib. Rüfət bəy onu da əlavə edib ki, onlara köçmək barədə heç bir tapşırıq verilməyib. Bu açıqlama onu göstərir ki, torpaq məsələsi getdikcə dolaşığa düşür.

AFFA prezidenti Rövnəq Abdullayev bu məsələyə nöqtə qoya bilər. Məsələ burasındadır ki, “Qarabağ”ın ölkə başçısı ilə görüşündə Rövnəq Abdullayevə aydın şəkildə deyilib ki, bütün ərazi verilsin.

Rövnəq Abdullayev isə susur, susqunluğa üstünlük verir. Görünür ki, SOCAR-ın balansında olan ərazini “Qarabağ”a vermək istəmir, amma buna açıq-aşkar etiraz da edə bilmir. Ona görə də, “Qarabağ”a vəd olunan topraq məsələsində qeyri-müəyyənlik davam edir… Amma nə vaxta qədər? ( sportal.az )

İnterpress.az