İnterpress.az xəbər verir ki, Britaniyada bir nəfər məktəb kitabxanasından götürdüyü kitabı 65 il sonra geri qaytarıb və kompensasiya kimi 1,5 min pound ( 2 min dollar) bağışlayıb.
Taountonda məktəbi 1949-cu ildə bitirmiş 82 yaşlı Ceş Tidmarş rəfi yığışdırarkən Somerset Moyemin “Eşenden və ya britaniyalı casus” kitabını aşkar edir və geri qaytarmaq qərarına gəlir.
“Bilmirəm bu necə baş verdi. Mən kitabı açdım və gördüm içəridə yazılıb-Tounton məktəbinə məxsusdur. Qərara gəldim ki, layiqincə hərəkət edim. Kitabı qaytarım və cəzasını ödəyim”.
Yerli mətbuatın yazdığına görə Tidmarşın səxavətli “cəriməsinə” baxmayaraq kitabın 65 il saxlamağın real cəriməsi 2500 pounddan çoxdur.
İnterpress.az