Hadisə yanvarın 31-də Lənkəran-Lerik yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“İpək yolu”nun tikintisində çalışan ağır tonnajlı yük maşını yolu keçmək istəyən Lerik rayon sakini, 18 yaşlı Şəbnəm Əlövsət qızı Əlinuru vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zəruri tədbirlər görülüb, yaralıya təcili olaraq qan köçürülüb.
Lakin yaralı qızın səhhətində heç bir irəliləyiş müşahidə olunmadığından həkimlər onu Bakıdakı xəstəxanalardan birinə yola salmaq qərarına gəliblər. Lakin Ş. Əlinuru paytaxta aparmaq planı baş tutmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
İnterpress.az