Vanqa pandemiyanın sonunu necə PROQNOZLAŞDIRIB?backend

Vanqa pandemiyanın sonunu necə PROQNOZLAŞDIRIB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqar görücü Vanqa koronavirus pandemiyasının nə vaxt başlayacağını və onun nə vaxt bitəcəyini bilirdi.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun proqnozlarına görə, artıq 2022-ci ildə, bəşəriyyət 2 ildir bütün dünyanı çaşmış vəziyyətdə saxlayan virusa qarşı son və həlledici mübarizəni verdikdən sonra maskaları çıxarmaq mümkün olacaq.

Vanqanın məsləkdaşları iddia edirlər ki, görücü pandemiyanın 2022-ci ildə başa çatacağını deyib.

 

Pandemiyanın başlanğıcı

Şahidlərin sözlərinə görə, Vanqa gələcəkdə bəşəriyyətin 2020-ci ildə bütün dünya ilə mübarizə aparmalı olacağı təhlükə barədə dəfələrlə xəbərdarlıq edib.

“2020-ci ildə dünya üzərində tac asılacaq”, – mənbə Vanqanın proqnozundan sitat gətirir.

Görücü Şərqdən dağıdıcı bir küləyin əsəcəyi barədə xəbərdarlıq edib.

Pandemiyanın sonu

Vanqanın davamçılarının dediklərinə inansaq, o zaman hər şey 2022-ci ildə “xoruzun ilk banlaması” ilə bitəcək.

Son ifadənin nə demək olduğunu mühakimə etmək çətindir, lakin şahidlərin sözlərinə görə, proqnozlaşdırılan tarix heç də təsadüfi deyil.

Ehtimal ki, görücü martın 21-nə təsadüf edən yaz gecəsi bərabərliyini nəzərdə tutub.

Bundan əlavə, eyni dövrdə slavyan ulduz falının dəyişməsi baş verir və “xoruz banlaması ili başa çatır.

Eyni zamanda, Vanqanın Xoruz ilini nəzərdə tutduğuna inananlar var, ancaq yalnız Çin təqviminə görə.

Əgər belədirsə, onda pandemiya daha 7 il, 2029-cu ilə qədər davam edəcək.

Bundan əlavə, Vanqa gələn il dünyanın “tanınmayacaq dərəcədə” dəyişəcəyini proqnozlaşdırıb.