Azərbaycanda yaxın vaxtda karantinlə bağlı məhdudiyyətlər aradan qaldırılacaq – RƏSMİbackend

Azərbaycanda yaxın vaxtda karantinlə bağlı məhdudiyyətlər aradan qaldırılacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır”.

İnterpress.az-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir:

“Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir”.

O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq.