Peskov: “Ukrayna danışıqları pozur”backend

Peskov: “Ukrayna danışıqları pozur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyat davam edir. Bununla paralel olaraq Ukrayna tərəfi ilə danışıqlar aparılır”.

İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Amma biz Ukrayna tərəfinin razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişdiyini görürük, danışıqlar pozulur. Prezident Putin də prosesləri izləyir. Ukrayna tərəfi o qədər də sabitlik nümayiş etdirmir, razılaşdırılmış məqamlarla bağlı mövqeyini tez-tez dəyişir. Eyni zamanda Rusiyanın əvvəlki kimi danışıqlar zamanı müzakirə olunan məqamları ictimaiyyətə açıqlamayacaq”,- Peskov bildirib.