Taliban “TikTok” və PUBG-ni qadağan etdibackend

Taliban “TikTok” və PUBG-ni qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkədə “TikTok” tətbiqini və PUBG oyununu bloklamaq qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə “Taliban” hökumətinin informasiya və mədəniyyət nazirinin müavini İnamullah Səmanqani məlumat verib.

O qeyd edib ki, bu addım “əxlaqsız” materialların və verilişlərin yayılmasının qarşısını alacaq.

Ötən ilin avqust ayının 15-də “Taliban” hərəkatı Kabilə daxil olub, prezident Əşrəf Qani isə ölkəni tərk edib. Sentyabrın 6-da Taliban Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini, sentyabrın 7-də isə müvəqqəti hökumətin yaradıldığını elan edib.