Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Estoniya-Azərbaycan Evində “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda adlı foto-sərgi keçirilib.
İnterpress.az xəbər verir ki, sərgi “İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilati dəstəyi ilə həyata keçirilən “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsi çərçivəsində baş tutub.
Foto-sərginin açılış mərasimi ilə bağlı hazırlanmış video-sujetlə aşağıdakı linklə tanış ola bilərsiniz.