Ukrayna Prezidenti Volodimir Zelenski videokonfrans rejimində G7 liderlərinin sammitinə müraciət edib.
İnterpress.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün feysbuk səhifəsində yazıb.
“Ukrayna Böyük Yeddilik dövlətlərinin dəstəyini hiss edir. Rusiya istilasına qarşı mübarizədə ölkəmizə göstərdiyi müdafiə və maddi yardıma görə təşəkkür edirik. G7 ölkələrinin sanksiyalarla bağlı mühüm və ardıcıl mövqeyi bizim üçündür. Xüsusən də təcavüzkarın ixrac etdiyi neftin qiymətini məhdudlaşdırmağa davam etməlidirlər”, – deyə Zelenski bildirib.