Moldova Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan soydaşlarımızı və digər müsəlman xalqlarının ailələrini Qurban bayramı münasibətilə ziyarət ediblər.
İnterpress.az xəbər verir ki, paytaxt Kişineu və Beltsı şəhərlərində 100-ə yaxın azərbaycanlı və digər müsəlman xalqlarının ailələrinə bayram sovqatları paylanılıb.
Azərbaycanlı ailələri ilə görüşlərdə bildirilib ki, bütün Azərbaycan xalqı müqəddəs Qurban bayramını ruh yüksəkliyi ilə qeyd edir. Allahın adına qurbanlar kəsir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur. Moldova Azərbaycanlıları Konqresinin bayram aksiyası da dövlətimizin vətəndaşlarına olan qayğısının bariz nümunəsidir.