Qətl törətməkdə şübhəli bilinən Rəşad Dağlı ilə bağlı bu gün məhkəmə qərarının elan olunacağı gözlənilir.
İnterpress.az özəl olaraq xəbər verir ki, onun barəsində məhkəmə hökmü çıxarılacaq.
Məlumata görə, bu gün meyxanaçının məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğundan bildirilib ki, aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.