Şəhid Əhmədxan Əhmədovun anım günüdürbackend

Şəhid Əhmədxan Əhmədovun anım günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Vətən müharibəsi Şəhidi Əhmədov Əhmədxan Məzahir oğlunun anım günüdür.

İnterpress.az xəbər verir ki, şəhid Əhmədov Əhmədxan Məzahir oğlu 01 fevral 1999-cu ildə anadan olub.

Əslən Kəlbəcər rayonundandır.

Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Azərbaycan bayrağı” “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!