Azərbaycan üçün suverenlik təhdidi: “Kremldən verilən siqnal Azərbaycan üçün suverenlik təhdiddir”backend

Azərbaycan üçün suverenlik təhdidi: “Kremldən verilən siqnal Azərbaycan üçün suverenlik təhdiddir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Qarabağda yaşayan ermənilərdən istifadə edərək sülhməramlı kontingentin regiondakı ömrünün uzadılmasına və Qarabağda rus icması yaratmaqda israrlıdır”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin 5 gün ərzində iki dəfə Azərbaycan lideri İlham Əliyevə zəng etməsinin kökündə dayanan səbəbləri şərh edən politoloq Aqşin Kərimov İnterpress.az-a açıqlaamsında deyib.

Onun sözlərinə görə, Putin telefon diplomatiyası ilə Bakı-Ankara birgə maraqlarında yeni səhifə açılmasına və ortada olan mübahisələrin sonlandırılmasına çalışır:

“Putin məsələləri Moskva mərkəzli anlayışla yoluna qoymaq istəyir, ancaq Azərbaycan tərəfi də öz şərtlərindən əl çəkməyib. Tərəflər buna görə də elə ortaq məxrəc tapmaq istəyir ki, o, həm Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün Moskva tərəfindən stimul yaratsın, həm də Rusiya öz maraqlarının məzmununu dəyişsin. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qəbul etdikləri üçtərəfli bəyanatların implementasiyası Bakının gündəliyində duran ən vacib məsələdir və bu işdə Moskvanın da məsuliyyətləri xatırladılır. Lakin Bakının addımları və Moskvanın ermənilər vasitəsilə təxribatlar yaradan manevrləri bəzən Azərbaycanla Rusiya arasında gərginliyin ortaya çıxmasına səbəb olur. Rusiya Qarabağda yaşayan ermənilərdən istifadə edərək sülhməramlı kontingentin regiondakı ömrünün uzadılmasına və Qarabağda rus icması yaratmaqda israrlıdır. Lakin Kremldən verilən bu siqnal Azərbaycan üçün suverenlik təhdidi xəttinə yaxınlaşan baryerdir və Bakı Moskvanın iradəsinə qarşı ciddi dirəniş göstərməkdədir. Nəzərə alaq ki, son günlər Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlıları Azərbaycan ordusuna qarşı təxribatlarının miqyasını genişləndirib. Sərhəddə də Ermənistan provakasiyalara ara vermir ki, bu da Azərbaycanın həm antiterror, həm də sərhəddə genişmiqyaslı hərbi əməliyyatları üçün “yol xəritəsidir””.