Səudiyyə Ərəbistanının Ciddə şəhərində leysan yağışları sel fəlakəti yaradıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Sel nəticəsində iki nəfər həyatını itirib.
Yağıntılar təxminən 8 saat davam edib.
Məlumata görə, bu, Ciddədə 2009-cu ildən bəri müşahidə olunan ən yüksək yağıntıdır.