İran öz Mərkəzi əyalətində “Almaniya və Hollandiyada İran əleyhinə təxribat aksiyaları planlaşdırmaqda” ittiham olunan 12 nəfərin saxlanıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
İranın “Tasnim” agentliyinin xəbərinə görə, Tehranın cənub-qərbində yerləşən Mərkəzi əyalətdə təxribat aksiyaları planlaşdırmaqda ittiham olunan 12 nəfərlik qrup üzvləri saxlanılıb.
“Bu şəbəkə üzvləri Almaniya və Hollandiyada yaşayan anti-inqilabçı ünsürlərin rəhbərliyi ilə milli təhlükəsizliyə qarşı fəaliyyətlər həyata keçirmək üçün odlu silah tədarük edərək ölkədə təxribat fəaliyyəti həyata keçirməyi hədəfləyib”, məlumatda bildirilib.