Azərbaycan diasporuna ağır itki üz verib.
İnterpress.az xəbər verir ki, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi vəfat edib.
O, 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, S.Sadiqi 1957-ci il mayın 12-də Bakı şəhərində əslən Cənubi Azərbaycanın Sərab mahalından olan Məmi Sadiqinin ailəsində dünyaya gəlib.
O, 2001-ci ildən Danimarkada yaşayırdı.
Allah rəhmət eləsin!