Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat veriblər.
Bildirilib ki, Sabirabad kəndi ərazisində qeydə alınan hadisə zamanı iki nəfər xəsarət alıb.
Qəza nəticəsində yaralanan kənd sakini, 1984-cü il təvəllüdlü B.İsgəndərov xəstəxanaya və daha bir nəfər tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.