Türkiyənin Konya şəhərində təcili yardım maşını ilə avtomobilin toqquşması nəticəsində baş verən yol qəzasında 1-i körpə olmaqla 7 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Qəzada təcili yardım sürücüsü Metin Söğüt, maşında olan xəstə və avtomobildə olan 5 nəfər olmaqla ümumilikdə 7 nəfər yaralanıb.
Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları tərəfindən müxtəlif xəstəxanalarına aparılıb.