Kür çayında axın dayanıb.
Bu barədə İnterpess.az-a Salyan rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, çayda hərəkətlilik tam dayanıb və suyun rəngi də dəyişib.
Sakinlər bildirir ki, Kürdə suyun səviyyəsi gündən-günə azalmağa doğru gedir.
Yerli əhali bunu ekoloji fəlakət kimi dəyərləndirirlər.