CNN kanalına bu haqda ABŞ komandanlığındakı mənbə məlumat verib.
Kanal ABŞ komandanlığındakı etibarlı mənbəyə istinadən xəbər verir ki, Əbu Ömər Əş-Şişani (çeçen Ömər) kimi məşhur olan və İŞİD terror təşkilatının ən mühüm post tutan komandirlərindən biri ABŞ aviasiyasının zərbələri zamanı öldürülüb.
Məlumata görə, Əbu Ömər Kobani və Deyr əz-Zor ətrafında gedən döyüşlərə komandirlik edib.
Kanal xəbər verir ki, Ömər Əş-Şişani 4 mart tarixində Şəddadi yaxınlığında hava zərbəsi ilə öldürülüb.(ölke.az)
İnterpress.az