Qarşıdakı üç ayda sülh müqaviləsi imzalanacaq? – AÇIQLAMAbackend

Qarşıdakı üç ayda sülh müqaviləsi imzalanacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 19-da Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində əslində sülhə mane olan əsas əngəl aradan qaldırıldı. Məlum olduğu kimi, son vaxtlar mövqelərimiz müntəzəm olaraq atəşə tutulurdu. Sözügedən sabotajlarda Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri xüsusi rol oynayırdı. Halbuki onlar 2020-ci ildə əldə olunmuş üçtərəfli razılığa əsasən ərazini tərk etməli idilər.

Bu sözləri İnterpress.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, uzun müddət idi ki, beynəlxalq güclər Qarabağdakı terrorçuların özbaşınalıqlarına göz yumurdular: “Həmçinin bölgədəki rus sülhməramlıları da prosesə səssiz yanaşırdılar. Üçtərəfli sazişin şərtlərinə ziddi olaraq Moskva və İrəvan terrorçuların Qarabağdan çıxarılması istiqamətində əməli addımlar atmırdı. Bu isə rəsmi Bakının öz işini özünün görməsini şərtləndirirdi. Dediyimiz kimi, sülhə mane olan əsas bariyer aradan qaldırılıb”.

Siyasi şərhçi bildirib ki, antiterror tədbirləri əslində Ermənistan üçün fürsətdir:

“Daha rəsmi irəvanın ayağına dolaşan ünsür yoxdur. Deməli, Ermənistan baş naziri Nikol Paşinyan sülhlə bağlı dediklərində səmimi olduğunu indi əməldə göstərməlidir. Əgər Ermənistan, nəhayət, sözdə dediklərini əməldə təsdiqləməyə başlayarsa, onda bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Yox, destruktiv mövqe davam edərsə, İrəvan yenə başqalarının “çaldığı havanı oynayarsa”, onda sülh olmayacaq. Ən azı yaxın gələcəkdə. Bu isə ən çox Ermənistanın özünə ziyandır”.

“Məsələ ondan ibarətdir ki, regional əməkdaşlıq Ermənistan dövlətçiliyinin gələcəyi üçün ən mühüm məqamdır. Ermənistan sülhdən yayınmaqla özünü regional əməkdaşlıqdan da məhrum edir. Bu isə rəsmi İrəvanın dövlətçiliyinin gələcəyini sual altına qoyur. Paşinyan və komandası uzatdığımız sülh əlini, nəhayət, tutmalıdır. Əks halda qarşı tərəf üçün daha çətin olacaq. Onu da xatırladaq ki, ötən il də sülh müqaviləsinin imzalanması gözlənilirdi. Amma bu, olmadı. Səbəb isə Ermənistanın destruktiv mövqeyi idi. İrəvan “tutduğundan əl çəkməsə” sülh müqaviləsinin imzalanması yenə ləngiyə bilər”, o əlavə edib.