Azərbaycanda xəstəxanalara xərcləmələr 35 % artırılırbackend

Azərbaycanda xəstəxanalara xərcləmələr 35 % artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 231,5 milyon manatı və yaxud 0,6 %-i xəstəxanalarla bağlı xərclərin payına düşəcək.

İnterpress.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 35,1 % çoxdur.

Xəstəxanalara xərcləmələr səhiyyə xərclərinin 12,4 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.