“Ukrayna Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlara başlamaq üçün demək olar ki, bütün tələbləri yerinə yetirib”.
İnterpress.az “Politico”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
O, həmçinin bildirib ki, Qərbin Ukraynadakı müharibədən yorulmasına dair iddialarla razılaşmır: “Aİ Kiyevi hələ də dəstəkləyir. Lakin əsas məsuliyyət liderlərin üzərinə düşür”.