İsrail Qəzzaya hücumları ilə öz iqtisadiyyatına zərbə vururbackend

İsrail Qəzzaya hücumları ilə öz iqtisadiyyatına zərbə vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza zolağına iki aylıq hücumlardan sonra iqtisadi göstəricilərin bərpa olunduğunu bildirsə də, görünən odur ki, hələlik bir çox sektorlarda heç bir irəliləyiş yoxdur. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. İsrail şekeli dollar qarşısında 11 ilin ən aşağı səviyyəsinə düşüb.
İsrailin Qəzzaya hücumları yerli valyutanın dəyər itirməsinə səbəb olub, İsrail şekeli dollar qarşısında son 11 ilin ən aşağı səviyyəsinə düşüb. İsrail Bankının oktyabrın 9-da elan etdiyi yerli valyutanın sabitləşməsi üçün 30 milyard dollara qədər satış planına baxmayaraq, şekelin ucuzlaşmasının qarşısını ala bilməyib.

Dollar/şekel pariteti oktyabrın 7-də 3,83-dən oktyabrın 30-da 4-ə yüksəlib. Yenə oktyabrda avro/şekel pariteti 4,08 olduğu halda, oktyabrın 30-da 4,24-ə yüksəlib.

İsrail Bankının valyuta bazarlarına müdaxiləsi nəticəsində dollar/şekel pariteti ötən ayın sonunda orta hesabla 3,72-yə enib. Bundan əlavə, birjada ucuzlaşma müşahidə olunub.

İsrailin Qəzzaya hücumlarından sarsılan sektorlar arasında turizm, daşınmaz əmlak, əmək bazarı və aviasiya var.

İsrailin Qəzza zolağına davam edən hücumları Tel-Əvivə uçuşların ləğvinə səbəb olub. Oktyabrda ölkənin turizm fəaliyyəti illik bazda 76 faiz azalıb.

İsrail Statistika Bürosunun aylıq hesabatına görə, oktyabr ayında İsraili təxminən 89 min 700 turist ziyarət edib. Bu səfərlərin əksəriyyəti oktyabrın ilk həftəsində, hücumlar başlamazdan əvvəl həyata keçirilib.

Ötən ilin oktyabrında İsrailə 370 min turist gəlib.

Noyabr ayı üzrə məlumatlar hələ açıqlanmasa da, rəqəmlərdə kəskin azalma gözlənilir.