FIFA prezidenti: “Türkiyədəki oyundan sonra baş verən hadisələr qəbuledilməzdir”backend

FIFA prezidenti: “Türkiyədəki oyundan sonra baş verən hadisələr qəbuledilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Superliqasının “Ankaragücü” – “Rizəspor” matçından sonra baş verən hadisələr tamamilə qəbuledilməzdir və bunun bizim idmanda, cəmiyyətimizdə yeri yoxdur”.

İnterpress.az-ın məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabındakı paylaşımında bildirib.

Funksioner futbolda, meydanda və ya meydandan kənarda şiddətə qətiyyən yer olmadığını vurğulayıb: “Hakimlər, futbolçular, azarkeşlər və nümayəndələr oyundan həzz almaq üçün təhlükəsiz olmalıdırlar. Müvafiq orqanları bunun ciddi şəkildə yerinə yetirilməsinə çağırıram”.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.