Bu gün Tbilisidə 1 ildən çoxdur davam edən “GIPA Media LAB”ın yekun tədbiri keçirildi.
İnterpress.az xəbər verir ki, final tədbirində Kvemo-Kartli və Samtsxe-Cavaxetia bölgələrindən olan gənclər GIPA MEDIA LAB təlimləri çərçivəsində hazırlamış olduqları multimedia layihələrini təqdim etdilər.
Tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi üçün ikiqat əlamətdar oldu. Belə ki, layihənin ən yaxşı iştirakçıları üçün nəzərdə tutulmuş hər iki “Grand Prize” -in qalibi GAİM-in könüllüləri Sultan Suleyman Novruzov və Anar Mustafayev oldular. Onlar GIPA-da pulsuz bakalavr və ya maqistratura təhsili almaq fürsəti qazandılır. Onların təhsil haqları GIPA tərəfindən tam qarşılanacaq.
Bununla yanaşı, onların hazırladıqları multimedia layihəsi münsüflər tərəfindən seçilməiş ən yaxşı 4 layidən biri oldu.
GIPA Media Lab multimedia hekayələrini izah etmək bacarıqlarını inkişaf etdirən, etnik icmalardan olan gənclərə rəqəmsal ünsiyyət və savadlılığı öyrədən, onların peşəkar inkişafını və sosial həyata inteqrasiyasını təşviq edən sosial layihədir.
Layihə gənclər arasında ünsiyyəti təşviq edir və onları bir ideya altında birləşdirərək ölkə və region üçün daha yaxşı gələcək qurur.
Layihə 2017-ci ildən ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən maliyyələşdirilir və Qafqazın Jurnalistika və Media İdarəetmə Məktəbi (GIPA) tərəfindən həyata keçirilir.