Agentlik: “Güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub”backend

Agentlik: “Güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub.

Bu barədə İnterpress.az-a Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb:

“Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb. Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib. Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir. Bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır”.