Bu gün Azad Azərbaycan telekanalının (ATV) yaranmasından 23 il ötür.
İnterpress.az xəbər verir ki, kanal ilk dəfə 2000-ci il dekabrın 25-də fəaliyyətə başlayıb.
“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” Ədliyyə Nazirliyi tərəfindən 1998-ci in mayın 13-də dövlət qeydiyyatına alınıb. Kanalın ilk efir vaxtlarında yayım saatını kliplər, bədii və cizgi filmlər təşkil edib.
Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə televiziya informasiya proqramı yayımına başlayıb.
2009-cu ilin oktyabrında “ATV International” adlı digər kanal açılıb. 2013-cü ildə kanalın adı dəyişdirilərək CBC olub. Bu, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalıdır.
2015-ci il 21 dekabr tarixində “ATV Plus”da “HD” yayıma başlayıb. Hazırda “Azad Azərbaycan HD” kanalının ölkənin hər yerində izlənilmə imkanı var.
Kanal 2016-cı ilin 4 yanvar tarixindən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır, 2022-ci ilin 28 yanvarından isə “Azerspace-1” peykində HD yayım formatına keçib.
“Yeni Çağ” Media Qrupunun kollektivi ATV-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!