Gürcüstanın son 5 ayda ixrac etdiyi mandarinin miqdarı açıqlanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
2023-cü il sentyabrın 1-dən 2024-cü il yanvarın 16-dək Gürcüstandan dəyəri 23,4 milyon ABŞ dolları olmaqla 36,2 min ton naringi ixrac edilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac edilən naringilərin həcmi 21,4 min ton (144%), dəyəri isə 15,1 milyon ABŞ dolları (183%) artıb.
Gürcüstanın əsas ixrac etdiyi ölkələr isə Ukrayna, Belarusya, Qazaxıstan, Rusiya, Ermənistan və Azərbaycandır.