Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Vladimir Putini 2024-cü ilin martında keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi qeydə alıb.
İnterpress.az Rusiya KİV-lərə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Səsvermə üç gün davam edəcək (15, 16 və 17 mart). Hazırda dövlət başçısı postu uğrunda 11 nəfər mübarizə aparır.