Bayden İordaniyadakı hücuma necə cavab verəcəyinə qərar verdibackend

Bayden İordaniyadakı hücuma necə cavab verəcəyinə qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden İordaniya-Suriya sərhədindəki bazaya pilotsuz uçan aparatla edilən hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bayden Floridaya getməzdən əvvəl açıqlama verib. Lakin ABŞ prezidenti qərarın təfərrüatlarını bölüşməyib.

“Məncə, Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur”, – Bayden deyib.

İordaniya-Suriya sərhədindəki “Qüllə 22” bazasına edilən hücumda 3 ABŞ əsgərinin öldüyü, ən azı 34 nəfərin yaralandığı açıqlanıb.

ABŞ hücuma görə “İranın dəstəklədiyi silahlıları” məsuliyyətə cəlb edib.