Şimali Koreya Honq-Konq və Liviyadakı səfirliklərini bağlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Son aylarda bəzi ölkələrdə səfirliklərin bağlanması qərarlarından sonra Şimali Koreyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 53-dən 44-ə düşüb. Cənubi Koreya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi Şimali Koreyanın son aylarda bəzi ölkələrdəki səfirliklərini bağlaması ilə bağlı açıqlama verib.
Rəsmi Şimali Koreyanın Honq-Konq və Liviyadakı səfirliklərini bağladığını açıqlayıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, son aylarda bəzi ölkələrdə səfirliklərin bağlanması ilə bağlı qərarlardan sonra Şimali Koreyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 53-dən 44-ə enib.
Şimali Koreya səfirliklərini bağlayır
Şimali Koreya son aylarda Anqola, Uqanda, Banqladeş, Nepal, İspaniya, Seneqal və Qvineyadakı səfirliklərini bağlayıb.
Cənubi Koreya Şimali Koreyanın qərarlarını “ölkəyə qarşı qlobal sanksiyalardan irəli gələn iqtisadi çətinliklər” kimi qiymətləndirib. Pxenyan administrasiyası 2023-cü ilin noyabrında “dəyişən qlobal mühitə və milli xarici siyasətə uyğun olaraq” yeni diplomatik missiyaları açıb bağladığını elan edib.