Britaniyada Aİ-yə qayıtmaq istəyənlərin nisbəti artırbackend

Britaniyada Aİ-yə qayıtmaq istəyənlərin nisbəti artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Avropa İttifaqından (Aİ) ayrılmasından (Brexit) keçən dörd il ərzində Böyük Britaniyada ən böyük təsir iqtisadi sahədə görünsə də, sorğulara görə, Aİ-yə qayıtmağın tərəfdarlarının nisbəti artmaqdadır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Brexit qərarından sonra baş verənlər və bunun İngiltərəyə təsiri ilə bağlı hesabatlar hazırlanıb.

1990-cı illərdən etibarən Brexitlə bağlı marjinal fikirlər səslənsə də, 2008-ci il qlobal iqtisadi böhranı ilə Aİ-dən çıxmaq ideyası daha da güclənib.

“British Influence” analitik mərkəzinin keçmiş prezidentlərindən olan Piter Uildinqin 2012-ci ildə dərc olunmuş məqaləsində bu ideyanın adı çəkilir. Brexit sözünün ilk dəfə xatırlandığı məqalənin müəllifi Uildinq İngiltərənin Aİ-də lider olmasaydı, Brexit-in qaçılmaz olacağını bildirib.

Uildinqin İngiltərəni AB bürokratiyasından xilas etmək və nəzarəti bərpa etmək barədə açıqlamalarının böyük dəstək aldığı bir vaxtda AB-dən çıxmağı müdafiə edən Naycel Farajın Birləşmiş Krallıq Müstəqillik Partiyası (UKIP) də səslərini artıraraq siyasətdə hakim mövqeyə yüksəlib.

Bazasını UKIP-ə itirmək istəməyən Mühafizəkarlar Partiyasının o zamankı baş naziri Devid Kemeron Brexit ilə bağlı referendum keçirəcəyinə söz verdiyi üçün 23 iyun 2016-cı il referendum günü olaraq təyin olunub.

Böyük Britaniya ictimaiyyəti 52 faizlə Brexit lehinə səs verdi, lakin Böyük Britaniyanın Aİ-dən çıxması 4 il çəkdi. Bu müddətdə İngiltərə 3 növbədənkənar seçki keçirib və 3 baş naziri dəyişib.

Brexit prosesinin 3-cü Baş naziri Boris Conson 2019-cu ilin dekabrında keçirilən növbədənkənar seçkilərdə təkbaşına hakimiyyətə gəldi və daha sonra 2020-ci ilin yanvarında İcmalar Palatasından, Lordlar Palatasından və Kraliça Elizabetdən Brexit razılaşması üçün təsdiq alıb.

Müqavilə 31 yanvar 2020-ci ildə qüvvəyə minib. Bu tarixdən sonra Böyük Britaniyanın Aİ-nin üzvü olduğu, lakin qərar qəbul etmə proseslərində iştirak edə bilmədiyi 11 aylıq keçid dövrü başlayıb və 31 dekabr 2020-ci ildə çıxmaq prosesi başa çatıb.