ABŞ-ın keçən il silah satışı 238 milyard dollara çatıbbackend

ABŞ-ın keçən il silah satışı 238 milyard dollara çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbiylə regional silah tələbinin artması ilə ABŞ-ın silah satışı keçən il əhəmiyyətli dərəcədə artaraq cəmi 238 milyard dollara çatıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. BBC xəbərlərinə görə, 2023-cü ildə ABŞ-ın xarici ölkələrə silah satışı diqqətəlayiq səviyyəyə çatıb.

Xarici İşlər Nazirliyinin oktyabr ayında bitən maliyyə ili üçün hökumətə hazırladığı hesabatda ABŞ hökumətinin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib.

Amerika müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, keçən il ümumi satış məbləği 238 milyard dollar olaraq qeyd edilib.

Müdafiə potensialını genişləndirməyə çalışan Ukraynanın qonşusu Polşa ABŞ-dan ən böyük silah alan ölkələrdən birinə çevrilib.

12 milyard dollar dəyərində Apache helikopterləri alan Polşa HIMARS reaktiv yaylım atəş sistemi üçün 10 milyard dollar, M1A1 Abrams tankları üçün isə 3,75 milyard dollar ödəyib.

Polşa həmçinin inteqrasiya olunmuş hava və raketdən müdafiə döyüş sistemlərinə 4 milyard dollar xərcləyib.

Baş nazir Donald Tusk Polşanı “Avropanın ən güclü quru dövləti” etmək məqsədi daşıyan əvvəlki hökumətin hərbi modernləşdirmə proqramını davam etdirməyi öhdəsinə götürüb.

ABŞ-ın silah satışları, Ukrayna müharibəsi səbəbindən uzun illər Vaşinqtondan sonra ikinci ən böyük silah satıcısı olan Moskvadan uzaqlaşan ölkələrlə artıb.

Almaniya Chinook tipli helikopterlərə 8,5 milyard dollar xərcləyib.

Bolqarıstan Stryker tipli zirehli maşınlar üçün 1,5 milyard dollar ödədiyi halda, Norveç 1 milyard dollar dəyərində çoxfunksiyalı helikopterlər alıb.

Çexiya 5,6 milyard dollar dəyərində F-35 döyüş təyyarələri və sursat alıb.