Süd Yolunda sirli obyekt tapılıbbackend

Süd Yolunda sirli obyekt tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlərin Süd Yolunda kəşf etdiyi sirli obyekt qara dəliklərin tədqiqatında irəliləyişə səbəb ola bilər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İngiltərənin Mançester Universiteti və Almaniyanın Maks Plank İnstitutunun tədqiqatçılarının da daxil olduğu bir qrup Yerdən 40 min işıq ili uzaqlıqda millisaniyə pulsarı kəşf edib. Saniyədə 170 dəfə fırlanan bu pulsarlar neytron ulduzunun bir növüdür.

Cənubi Afrikadakı MeerKAT Radio Teleskopu tərəfindən aşkar edilən bu obyekt bütün məlum neytron ulduzlarından daha ağırdır və məlum olan ən kiçik qara dəliklərdən daha yüngüldür.

Neytron ulduzları, nəhəng bir ulduzun fövqəlnova kimi partlaması və qalan hissəsinin öz içinə çökməsi nəticəsində əmələ gəlir.

Bilinən ən ağır neytron ulduzun kütləsi Günəşin kütləsindən 2,2 dəfə böyükdür. Ən yüngül qara dəlik Günəşin kütləsindən təxminən 5 dəfə böyükdür.

Tədqiqatçılar müəyyən ediblər ki, millisaniyəlik pulsar ulduz kütləli qara dəliyin içərisindədir və bu, böyük ulduzların cazibə qüvvələrinin təsiri ilə çökməsi zamanı əmələ gəlir.

Ulduz kütləli qara dəliklərdə olan cisimlərin quruluşu hələ tam məlum deyil. Buna görə də alimlər kəşfin bu sahədə mühüm irəliləyişlərə yol aça biləcəyini düşünürlər.