ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Albaniyanın Avropa İttifaqına (Aİ) üzvlüyünü sürətləndirmək üçün yeni proqrama start verdiyini elan edib.
Bu barədə İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir.
Bildirilib ki, bu proqramla xüsusilə, Albaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və islahatların təşviqi nəzərdə tutulur. Bununla Albaniyaya 12 milyon dollar maliyyə vəsaiti ayrılacaq.