2023-cü ildə İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 296 mənşə sertifikatı verib.
Bu barədə İnterpress.az-a Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 24,4 % çoxdur.