Azərbaycanda ötən il 139 yeni dövlət standartı qəbul edilibbackend

Azərbaycanda ötən il 139 yeni dövlət standartı qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 139 yeni dövlət standartı qəbul edib.

İnterpress.az bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, bunun 67-si aqrar və qida, 15-i ağır sənaye-maşınqayırma, 12-si neft-kimya sənayesi, 11-i tikinti materialları, 8-i ekologiya, 7-si elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, 4-ü kosmetika, 3-ü qiymətli metallar və daşlar, 4-ü tibb, 3-ü təşkilati və metodoloji sahə, 2-si yüngül sənaye, 1-i mebel sənayesi, 1-i idarəetmə sistemləri və 1-I energetika sahəsi üzrə qəbul olunub.

Bundan başqa, hesabat dövründə 87 dövlət standartının dövrü yoxlanılması aparılıb və yaxud onlara dəyişikliklər edilib, 86 dövlət standartı isə ləğv olunub.

Eyni zamanda sahibkarların sifarişi əsasında 170 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.