tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb, 5-i ağır olmaqla 9 nəfər yaralanıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ-ın Boise şəhər rəhbərliyindən verilən açıqlamada şəhərdəki hava limanında özəl bir şirkət tərəfindən tikilən və hazırda tikintisi davam edən anqarın çökdüyü barədə axşam saatlarında məlumat daxil olduğu bildirilib.
Açıqlamada hadisə nəticəsində 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı, yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilib.
Boise Yanğınsöndürmə İdarəsinin əməliyyatlar üzrə rəisi Aaron Hummel mətbuat konfransında polad anqarın “fəlakətli şəkildə” çökdüyünü bildirib.
Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.