Londonda kimyəvi hücum nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıbbackend

Londonda kimyəvi hücum nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin paytaxtı Londonun cənubuna “korroziv maddə” atılması nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Böyükşəhər Polisindən verilən açıqlamada, Claphamda failinin şəxsiyyəti hələ müəyyən edilməmiş “korroziyaya uğrayan maddə” istifadə edilərək həyata keçirilən hücumda 2-si uşaq olmaqla 9 nəfərin yaralandığı bildirilib.

Açıqlamada 4 böyük, 1 qadın, 2 uşaq və 3 polis əməkdaşının xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilib.

Dedektif Alexander Castle ifadəsində polisin təcavüzkarı tutmaq üçün bütün imkanlardan istifadə etdiyini bildirib və deyib ki, bu dəhşətli hadisəyə nəyin səbəb olduğunu müəyyən etmək üçün işlərimiz davam edir.
Castle, hadisədə “korroziyaya uğrayan bir maddə” istifadə edildiyinə inandıqlarını, lakin maddənin aşkarlanması üçün testlərin davam etdiyini bildirib.

Ölkə mətbuatında çıxan xəbərlərdə yaralananlardan 3-nün hadisə yerinə kömək üçün gedənlər olduğu bildirilib.

London Şəhər Şurasının üzvü Marina Əhməd özünün X sosial media hesabındakı paylaşımında bildirib ki, bir nəfər yol-nəqliyyat hadisəsi törədən avtomobildə olan insanlara “kislota” atıb.