Keçmiş nişanlısını öldürən qadına ömürlük həbs cəzasıbackend

Keçmiş nişanlısını öldürən qadına ömürlük həbs cəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə keçmiş nişanlısını öldürüb sevgilisini yaraladığı iddia edilən qadına ömürlük həbs cəzası verilib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Tokat 2-ci Ağır Cəza Məhkəməsində keçirilən qərar iclasında həbsdə olan Fatma Güngör və tərəflərin vəkilləri iştirak edib.

İclasda müdafiə çıxışı edən təqsirləndirilən Güngör ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Məhkəmə Güngörə keçmiş nişanlısı Ahmet Batuhan Yıldızı öldürmək cinayətindən ömürlük, sevgilisi Elif Durmuşu öldürməyə cəhddən 8 il 4 ay, oğurluqdan 4 il 2 ay, oğurluqdan 10 ay həbs cəzası verib.

2 avqust 2022-ci ildə Tokatda Fatma Güngör keçmiş nişanlısı Əhməd Batuhan Yıldız və sevgilisi Elif Durmuşu iş yerinin qarşısında tapança ilə güllələyib və Yıldız aparıldığı xəstəxanada dünyasını dəyişib.

Silahı polis məmur dostunun evindən götürdüyünü iddia edən Güngör həbs edilib və barəsində cinayət işi açılıb.